Gənclərin Teatrında “Bir gecənin nağılı" olacaq

Yanvarın 16-da Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın premyerası olacaq. Teatrdan APA-ya verilən məlumata görə, “Bir gecənin nağılı” adlı səhnə əsəri Rövşən Ağayevin eyniadlı əsəri əsasında hazırlanıb. Tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyeva, səhnə tərtibatçısı Zəminə Orucova, musiqi tərtibatçısı isə İradə Muradovadır. Tamaşada rolları Zülfiyyə Alhüseynova (Gülnaz) və Eşqin Quliyev (Namiq) ifa edəcəklər. Yeni səhnə əsəri iki gəncin maraqlı tanışlığı və sonrakı taleyi haqqındadır. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















