“Atamın səhhətində irəliləyiş yoxdu” - Adil Mirseyidin qızı

“Atamın səhhətində yaranmış durumla bağlı Yazıçılar Birliyinin müraciət məktubundan mətbuat vasitəsi ilə xəbər tutduq. Amma həmin məktubun cavablanması ilə bağlı bizdə hər hansı məlumat yoxdur”.Bunu AzNews.az-a açıqlamasında xəstə yatan şair Adil Mirseyidin qızı bildirib. Onun sözlərinə görə, A.Mirseyidin səhhətində müsbət mənada irəliləyiş yoxdur: “Atam xəstədir, yatır. Hələ üstəlik qrip də tutub”. Xatırladaq ki, A.Mirseyid qaraciyər serrozu xəstəliyindən əziyyət çəkir. Onun müalicəsi üçün bir az bundan öncə Yazıçılar Birliyi müvafiq bir quruma kömək məqsədi ilə müraciət məktubu ünvanladığını bildirmişdi.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















