Rafiq Hüseynovun xanımı: “Tez-tez zəifləyir, narahatlıqları olur”

Türkiyədə əməliyyat olunan tanınmış diktor, xalq artisti Rafiq Hüseynov yenidən İstanbula qayıdacaq. R. Hüseynovun xanımı Səbinə Hüseynovanın APA-ya verdiyi məlumata görə, kimyaterapiya müayinələri qəbul etmək üçün fevralın əvvəlində Türkiyəyə yollanacaqlar: “Əməliyyatdan sonra həkimlər dedilər ki, müayinə üçün yenidən Türkiyəyə qayıtmalıyıq. Əslində, müayinə Bakıda da ola bilərdi, amma Türkiyəyə gedəcəyik”. S. Hüseynova əlavə edib ki, hazırda Rafiq Hüseynovda zəiflik hiss olunur: “Ümumi vəziyyəti normaldır, amma tez-tez zəifləyir, narahatlıqları olur. Səsi hələ tam düzəlməyib, tez-tez dəyişir. Hələlik akademik Əhliman Əmiraslanovla görüşə bilməmişik. Rafiq istəyir ki, bu həftə görüşsün, onun məsləhətləri səhhətinə köməklik göstərə bilər”. Qeyd edək ki, R. Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir. O, dekabrın 10-da Türkiyədə əməliyyat olunub. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















