• $
  • €
  • ₽
  • ₺
  • £

Ən gənc Milli Qəhrəmandan bəhs edən film təqdim olundu

Ən gənc Milli Qəhrəmandan bəhs edən film təqdim olundu
04.01.2014 20:58
Milli Məclisin deputatı Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin (İB) təşəbbüsü və təşkilatçılığı ilə Ermənistan ilə ön cəbhədə yerləşən “N” saylı hərbi hissədə Azərbaycanın ən gənc Milli Qəhrəmanı Cavanşir Rəhimovun həyatı, döyüş və qəhrəmanlıq yolundan bəhs edən “Cavanşir” filminin təqdimatı keçirilib.Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Yaddaş” sənədli filmlər studiyasında “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən hazırlanan sənədli filmin rejissoru Kamalə Musazadədir.Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra hərbi hissənin komandiri, polkovnik Mais Barxudarov çıxış edərək qəhrəmanlarımız haqqında filmlərin hərbi hissələrdə təqdimatını yüksək qiymətləndirib.Azərbaycanın Milli Qəhrəmanı Cavanşir Rəhimovun həyat və qəhrəmanlıq yolundan danışan Milli Məclisin deputatı Qənirə Paşayeva rəhbərlik etdiyi təşkilatın mütəmadi olaraq qəhrəmanlarımız haqqında filmlər hazırladığını və igid döyüşçülərimizdən bəhs edən filmlərin hərbi hissələrdə təqdimatını təşkil etdiyini vurğulayaraq belə ekran əsərlərinin vaxtaşırı hərbi hissələrdə yeni xidmətə başlayan əsgərlərə göstərilməsinin vacibliyinə toxunub.Cavanşir Rəhimovun Azərbaycanın ən gənc Milli Qəhrəmanı olmasını xüsusi vurğulayan Qənirə Paşayeva demişdir ki, o şəhidlik zirvəsinə yüksələndə və Milli Qəhrəman adına layiq görüləndə 19 yaşında, yəni sizin əksəriyyətinizin yaşında idi. Bu igidlik hamımız üçün örnək olmalıdır.Bu filmdə onun yurd, millət sevgisi və Vətənə xidmət anlayışını görə biləcəksiniz deyən Qənirə Paşayeva əmin olduğunu bildirmişdir ki, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan xalqı torpaqlarımızı işğaldan azad edəcək.Sonra filmin rejissoru Kəmalə Musazadə çıxış edərək bu ekran əsəri və onun gənclər üçün önəmi barədə danışmış və gənc əsgərləri bu cür qəhrəmanlarımızdan nümunə götürməyə çağırıb.Sonra film nümayiş etdirilib. Sənədli film əsgərlər tərəfindən böyük maraqla qarşılanıb. Filmlə bərabər, Milli Qəhrəmanımız Cavanşir Rəhimov ilə bağlı məlumatların əks olunduğu materiallar da əsgərlərə paylanılıb. Eyni zamanda, filmin nüsxələri hərbi hissəyə hədiyyə edilib.Azərbaycanın ən gənc Milli Qəhrəmanı Cavanşir İzzət oğlu Rəhimov 1973-cü il iyunun 5-də Qax rayonunda anadan olub. Sonradan valideynləri ilə birlikdə Bakının Qaraçuxur qəsəbəsinə köçüb. İlk təhsilini bu qəsəbədəki 104 nömrəli orta məktəbdə almışdır. İdmanın bir neçə növü ilə məşğul olan Cavanşir Rəhimov Azərbaycanın və keçmiş SSRİ-nin müxtəlif şəhərlərində keçirilən yarışlarda qalib adını qazanıb.1988-ci ildə milli azadlıq hərəkatı başlayanda yeniyetmə Cavanşir də bu mübarizədə iştirak edib. O, 1992-ci il mayın 26-da könüllü olaraq hərbi xidmətə gedib. Yüksək fiziki hazırlığına görə onu aviasiya müəssisəsinin ilk hərbi vertolyot eskadrilyasına qəbul edib. İyunun 12-də Cavanşir Rəhimov Qaladakı “N” saylı hərbi hissədən vertolyotda bortatıcı kimi Qarabağ bölgəsinə yollanıb. Onun ilk döyüş yolu Ağcabədidən başlamışdır. Ağdərə, Tərtər, Ağdam, Füzuli, Laçın, Qubadlı bölgələrindən yaralıların çıxarılmasında, meyitlərin daşınmasında fəal iştirak edərək, düşmənin hərbi texnikasını və canlı qüvvəsini məhv etməkdə böyük igidliklər göstərib. Cavanşir Rəhimov avqustun 6 da Ağdərə uğrunda gedən ağır səma döyüşlərindən birində qəhrəmanlıqla şəhid olub. Bakıdakı Şəhidlər xiyabanında dəfn edilib.Şəhid Cavanşir Rəhimova 1992-ci ildə Azərbaycanın Milli Qəhrəmanı adı verilib.//AzərTAc
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Mədəniyyət 12:37
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Aktyor Aslan Fətullayev vəfat edib
Mədəniyyət 16:00
Aktyor Aslan Fətullayev vəfat edib
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mədəniyyət 10:23
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol