Alim “Dədə Qorqud” filmi barədə təkliflər verdi

“Son zamanlar Azərbaycan serialları çox çəkilir. Uşaqdan böyüyə hamı o serillara baxır. Əksərinin də mövzusu ürəkaçan deyil. Dədə Qorqudun çoxseriyalı bir film kimi çəkilməsi çox əla olardı”. AMEA-ın Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, qorqudşünas-alim Nigar Həsənova Modern.az-a belə deyib. ““Dədə Qorqud dastanı”, bildiyimiz kimi, 1 müqəddimə, 12 boydan ibarətdir. 12 seriya çəkilməsi daha yaxşı olardı. Çünki bu dastan uşaqların, gənclərin də yaddaşına həkk olunardı. Amma bu təbii ki, çəkiliş qrupunun, rejissor ssenaristin istəyindən asılıdır. Əəgər maliyyə imkanları olsa daha artıq seriya çəkmək olar. Amma 12 seriya olmasının özü də pis deyil. Dastanda bəzi məqamlar var ki, onlar filmdə daha qabarıq əks olunsa çox yaxşı olar. Məsələn bu dastanda ailə hüququ çox gözəl əks olunub. Filmdə də verilsə pis olmaz. Orda elə gözəl kəlmələr var ki oğul atadan görməyincə öyüd almaz, qız anadan görməyincə süfrə açmaz. Bu kimi misallar çoxdur. O düşüncə çəkiləcək filmdə qabardılsa çox müsbət olar”.Qeyd edək ki, Azərbaycan prezidentinin “Dədə Qorqud” dastanları əsasında çoxseriyalı bədii serialın çəkilməsi haqqında sərəncam imzalayıb. Sərəncamma əsasən filmin çəkilişi üçün prezidentin ehtiyayt fondundan bir milyon manat vəsait də ayrılıb.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















