Türkiyəli yumor ustası Azərbaycanda xeyir iş gördü

“Yetenek sizsiniz Türkiye” proqramının qalibi, türkiyəli şoumen Atalay Demirci Azərbaycanda möhtəşəm “Stand Up show”su ilə çıxış edib. Lent.az xəbər verir ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiyasına dəstək məqsədilə keçirilən şou Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında olub. Şou Türkiyənin Bakı səfirliyinin Mədəniyyət və Tanıtma müşaviri, Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi, Birgə Sağlam İctimai Birliyi, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu, Memoria Center və TÜSİAB-ın təşkilatı dəstəyi ilə baş tutub. Tədbir zamanı müşavir Seyit Ahmet Arslana belə bir xeyriyyə işinə dəstək verdiyi üçün təşəkkür mükafatı təqdim olunub. Qeyd edək ki, “Stand-Up show”dan əldə edilən gəlir xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiyasında istifadə olunacaq.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















