Bakıda "Çinqiz Aytmatov - 85" tədbiri keçirilib

Bakıda Azərbaycan Dövlət Akademik Dram Teatrında ötən gün dünya şöhrətli qırğız yazıçı Çinqiz Aytmatovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Qırğızıstanın Azərbaycandakı müvəqqəti işlər vəkili Aycigit Buranovun APA-ya verdiyi məlumata görə, tədbirdə Azərbaycan parlamentin üzvləri, dövlət və ictimai təşkilatların nümayəndələri, mədəniyyət xadimləri, diplomatlar və s. iştirak ediblər. Qırğızıstandan tədbirdə mədəniyyət, informasiya və turizm nazirliyin katibi Akimbek Tekeşov, kinorejissor və ssenarist Bolotbek Şamşıyev, İssık-Kul forumunun prezidenti Əsgər Aytmatov və digərləri iştirak ediblər. Tədbirdə iştirakçılara məlumat verilib ki, dahi qırğız yazıçının yubileyi ilə bağlı bir çox aparıcı Azərbaycan KİV-lərdə onun barədə geniş məqalələr yayımlanıb. Eyni zamanda Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucovun Ç.Aytmatov barədə məqaləsi Azərbaycanın ən oxunulan qəzetlərdən birində çap olunub. Tədbirdə həmçinin bildirilib ki, Azərbaycan mədəniyyət və turizm nazirliyi “Çinqiz Aytmatov – türk ruhun qələbəsi adlı” kitabı da nəşr edib. Tədbir çərçivəsində Qırğızıstanın nümayəndə heyəti Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Milli Məclisin mədəniyyət üzrə komitəsinin sədri Nizami Cəfərov, Azərbaycan yazıçılar birliyinin sədri, yazıçı Anarla və digər rəsmi şəxslərlə görüşlər keçirdib. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















