• $
  • €
  • ₽
  • ₺
  • £

Budapeştdə Qara Qarayevin 95 illiyi qeyd olundu

Budapeştdə Qara Qarayevin 95 illiyi qeyd olundu
19.12.2013 10:16
 Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin təşəbbüsü ilə zəmanəmizin böyük bəstəkarı, müasir Azərbaycan musiqi məktəbinin yaradıcılarından biri Qara Qarayevin anadan olmasının 95 illik yubileyi Budapeştdə qeyd olunmuşdur.Bu münasibətlə Macarıstan paytaxtının mərkəzindəki “Duna Palota” sarayında “Dunay” simfonik orkestrinin ifasında Qara Qarayevin əsərlərindən ibarət “Memory” adlı konsert proqramı təşkil edilmişdir.Konsertin əvvəlində çıxış edən macar musiqişünası Tamaş Varhegi Azərbaycan və dünya musiqi sənətində Qara Qarayevin yerindən və rolundan, onun zamanı qabaqlayan simfonik musiqisinin xüsusiyyətlərindən, XX əsr musiqi sənətinə gətirdiyi yeniliklərdən bəhs etmişdir.Macar dirijoru Andraş Deakın rəhbərliyi altında “Dunay” simfonik orkestri bəstəkarın “Yeddi gözəl” və “İldırımlı yollarla” baletlərindən parçalar ifa etmişdir. İki hissədən ibarət konsertdə, həmçinin macar bəstəkarı İştvan Boqaşın və dahi alman bəstəkarı Lüdviq Van Bethovenin əsərləri səslənmişdir.Böyük uğurla keçən konsertdə Budapeşt musiqi ictimaiyyətinin nümayəndələri və diplomatik korpusun təmsilçiləri də iştirak etmişlər.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Mədəniyyət 12:37
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Aktyor Aslan Fətullayev vəfat edib
Mədəniyyət 16:00
Aktyor Aslan Fətullayev vəfat edib
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mədəniyyət 10:23
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol