• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni yazıçı azərbaycanlı xanəndəyə poema həsr etdi

Erməni yazıçı azərbaycanlı xanəndəyə poema həsr etdi
16.12.2013 15:10
 Erməni yazıçı Lyubik Çibuxçyan azərbaycanlı xanəndə Elnarə Abdullayevaya poema həsr edib.ANN.Az-ın BBC-yə istinadən xəbərinə görə, erməni yazıçının növbəti kitabı “Elnarə” adlanır. Bu 173 səhifəlik mənzum əsərini yazar Azərbaycan müğənnisi Elnarə Abdullayevaya ithaf edib.Lyubik Çibuxçyanın “Elnarə” kitabı iki həftə bundan əvvəl çapdan çıxıb. Yazıçı kitabı rus və erməni dillərinə tərcümə etdirmək istəyir.Çibuxçyanın bundan əvvəl çap olunmuş 156 kitabları arasında onlarla qəsidələri Alfred Nobelə, Birinci Pyotra, Mahmud Əhmədinejada və başqa tanınmış və böyük insanlara həsr olunub.Və nəhayət şairi daha bir kitab yazmağa Elnarə Abdullayeva ruhlandırıb.Lyubik Çibuxçyan deyib ki, ilk dəfə Elnarəni Azərbaycan televiziyası ilə yayımlanan konsertdə görüb: ““Bir klip göstərirdilər. Cavan qadın bülbül haqqında oxuyurdu. Sabahısı gün iş yoldaşıma dedim, internetdə tapdı, bir neçə mahnısını dinlədim, çox xoşuma gəldi”.Çibuxçyan hətta Elnarənin Facebook ünvanına məktub yazıb, amma deyir ki, cavab almayıb: “- Yazmışam ki, Elnarə can, gözəl səsin var, Allah sənə yar olsun, sənin kimi məharətli, bülbül səsli qız yetirən istedadlı xalqa təşəkkürümü bildirmişəm”.Çibuxçyan kitabı rus və Azərbaycan dillərinə tərcümə etdirmək istəyir: “Qoy Minsk Qrupuna, səfirliklərə, ölkə başçılarına paylansın”.Kitabda gözəlliyə qəsidə, eşq-məhəbbət, dünya-kainat, təbiət ətrafında mücərrəd fəlsəfi mülahizələrlə yanaşı, erməni-azərbaycanlı ixtilafına dair ötəri eyhamlar da nəzərə çarpır: “Yazmışam ki, Elnarə can, Qarabağ haqqında oxuyursan, mənim Qarabağım deyirsəm, sənin olsun – kim deyir ki, sənin deyil? – gəl sənətinlə, tar-kamanla Qarabağı al. Qoy kamança avtomat olsun, qaval da minaatan".Qeyd edək ki, 63 yaşlı Lyubik Çibuxçyan Tavuş vilayət icra başçısının müşaviri vəzifəsində çalışır.Məsələ ilə bağlı Lent.az-ın əməkdaşı müğənni ilə əlaqə saxlayıb. O isə bu işdən məmnun olmadığını söyləyib: “Hə. Çəkilişə gedirdim, elə indi eşitdim. Eşidən kimi də pis oldum. Allah vurmuşdu erməniləri. Erməni kimdi ki, mənə də poema yaza? Başlarına dəysin poemaları. Elə belə də yazın. Daha bütün vasitələr qurtarıb, keçiblər bu yola?”ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Mədəniyyət 12:37
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Aktyor Aslan Fətullayev vəfat edib
Mədəniyyət 16:00
Aktyor Aslan Fətullayev vəfat edib
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mədəniyyət 10:23
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol