Yazıçı Oljas Süleymanov sülh mükafatı aldı

Qazaxıstan prezidenti Nursultan Nazarbayev şair, yazıçı və ictimai xadim Oljas Süleymanova sülh və tərəqqi mükafatı verib.ANS PRESS-in Orta Asiyanın “CA-NEWS” agentliyinə istinadən verdiyi məlumata görə, Oljas Süleymanov bu mükafatı xalqlar arasında dostluq və birliyin qorunmasında gördüyü işə və nüvə silahının əleyhinə apardığı təbliğata görə alıb. Xatırladaq ki, Oljas Süleymanovun təşəbbüsü ilə 1989-cu ildə Semipalatinsk nüvə poliqonunun və ümumilikdə dünyada fəaliyyət göstərən bütün poliqonların bağlanması məqsədilə “Nevada-Semipalatinsk” xalq hərəkatı yaranıb. Qeyd edək ki, bu hərəkatın əsasında sonradan ölkədə “Qazaxıstan xalqının tərəqqisi” adlı partiyası da yaradılıb.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















