Xərçəngə tutulmuş aktrisadan Mehriban Əliyevaya təşəkkür

“Hörmətli prezidentimizə, Mehriban xanım Əliyevaya və xüsusilə Azərbaycan mətbuatına mənə göstərdikləri böyük diqqətə görə, ailəm adından dərin təşəkkürümü bildirirəm”.Bunu AzNews.az-a Əməkdar artist Xanım Qafarova deyib. Aktrsa bildirib ki, dünən AzNews.az-a verdiyi müsahibədən sonra ona Heydər Əliyev Fondundan zəng edilib və müalicə üçün lazım olacaq hər cür dəstək üçün hazır olduqlarını deyiblər:“Mən bu yaxşılığı heç vaxt unutmaram. Mehriban xanım Əliyevanın və mətbuatın sayəsində mən ailəmə, 6 yaşlı qızının üstünə sağ və salamat qayıdacam. Mən bir daha mətbuatın gücünü gördüm. Hamınız bilirsiniz ki, xəstəliyimlə bağlı mən Fonda hələ bu gün müraciət edəcəkdim. Amma mətbuatın, xüsusilə AzNews.az-ın sayəsində mənim müraciətim Mehriban xanın Əliyevaya çatdı. Nə qədər təşəkkür etsəm belə azdır. Sabah mən müalicə üçün Türkiyəyə yola düşəcəm. Artıq orada hər şey hazırdır”.Xatırladaq ki, Xanım Qafarova Musiqili Teatrın aktrisasıdır. O, xərçəng xəstəliyindən 3 dəfə əməliyyat olunub. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















