Mehriban Əliyeva xərçəngə tutulmuş məşhur aktrisaya əl uzatdı

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən aktrisa Xanım Qafarovanın müalicəsini üzərinə götürüb. Musavat.com-un məlumatına görə, bu barədə əməkdar artist Aybəniz Haşımova Facebook-da yazıb. Onun yazdığına görə, KİV-də Xanım Qafarovanın xəstəliyi barədə məlumatlar yayıldıqdan sonra Mehriban Əliyeva məsələyə müdaxilə edib. Qeyd edək ki, Xanım Qafarov neçə ildir xərçəng xəstəliyindən əziyyət çəkir. O, bu gün AzNews.az-a müsahibəsində xəstəliyi barədə məlumat vermiş və müalicə üçün pulunun olmadığını bildirmişdi: “2009, 2011, 2012-ci illərdə xəstəlikdən əməliyyat olundum. Hər iki döşümü və uşaqlığımı götürdülər. Həmin əməliyyatlar Bakıda aparılıb. Dedim ki, daha bitər. Nə bilim ki, müəyyən vaxtdan sonra bu məni yenidən ağuşuna alar. Bir baxdım ki, xəstəlik sümüklərimdə yeriyir. Ay Allah, belə də dərd olar? Dedilər ki, fizioterapiya lazımdır. Onun da son texnologiyası Türkiyədədir. Yəni, şüa veriləndə ancaq xəstəlik olan yerlərə verilir, başqa orqanlara ziyan vurmurlar. Mən də bu məqsədlə Türkiyəyə getdim. Orada mənə dedilər ki, bunun üçün 10 min manat lazımdır. Bunu eşidəndən sonra Azərbaycana qayıtdım. Daha nə edim?. Xəstəliyə güc gəldim. Yoxsa o əməliyyatların qarşısında çoxdan ölmüşdüm. 6 yaşlı qızım da mənimlə birlikdə bu əziyyətə qatlaşır. Axı onun belə bir vaxtı deyil. O, xəstə olduğumu bilir. Hər dəfə evə gələndə mənə deyir ki, anacan sağaldın? Bilirsən mən anayam, əlbəttə ki, qızımın taleyini düşünürəm. Amma bilirsiniz ki, mənim ev problemim də vardı. Onunla bağlı müraciət etmədiyim yer qalmadı, heç kəs mənə əl tutmadı. Bundan sonra da taleyimlə barışdım. Mən sizin sayt vasitəsiylə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət edirəm. Mənə əl tutun, imkan verməyin ki, 6 yaşlı qızım anasız qalsın.”ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















