Bakıda Britaniya Filmləri Həftəsi başlayır

Bakıda Britaniya Filmləri Həftəsinin açılışı ilə əlaqədar mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, “Film is Great” adlanan Britaniya Filmləri Həftəsinə bu axşam “28 Cinema” kinoteatrında start veriləcək. Mətbuat konfransında iştirak edən “British Council”ın Azərbaycan nümayəndəliyinin rəhbəri, xanım Elizabet Uayt bildirib ki, bu axşam qonaqlara Oskar Uayldın əsəri əsasında rejissor Clio Barnardın çəkdiyi və bu yaxınlarda mükafat qazanmış “Özünü sevən nəhəng” adlanan film nümayiş olunacaq. E. Uayt deyib ki, “Film is Great” festivalı Bakı tamaşaçılarına Britaniyanın ən tanınmış kino əsərlərini təqdim edəcək: “Bu filmlər Britaniyadakı müasir həyatdan, gənclərdən, onların həyat tərzindən və problemlərindən danışır”. Tədbirin təşkilatçılarından olan Britaniya Hava Yollarının Mərkəzi Asiya üzrə satış meneceri Mayk Rok Britaniya mədəniyyətini Azərbaycana daha yaxından tanıtdıqları üçün çox məmnun olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu axşam nəzərdə tutulan rəsmi açılış mərasimində qonaqların lotereyada iştirak imkanı da olacaq və onlar şirkətdən 2 biznes-klas bilet əldə edə biləcəklər. Kino həftəsi dekabrın 6-dan 11-nə kimi davam edəcək. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















