Elza İbrahimovanın 75 illiyi qeyd olunacaq

Dekabrın 5-də xalq artisti Elza İbrahimovanın 75 illik yubileyi keçiriləcək. ANN.Az-ın məlumatına görə, yubiley Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında olacaq.Tədbirdə Elza İbrahimbəyovanın sənətkar dostları onun ömür yolundan və Azərbaycan musiqisinə bəxş etdiyi ölməz sənət incilərindən söz açacaqlar.Yubileydə Azərbaycan Dövlət xalq çalğı alətləri orkestrinin və “Dan ulduzu” ansamblının ifasında bəstəkarın mahnıları səslənəcək.Qeyd edək ki, Elza İbrahimova 1938-ci ildə Hacıqabulda anadan olub, Bakıda 8 saylı musiqi məktəbini, 1957-ci ildə A. Zeynallı adına orta ixtisas musiqi məktəbinin bəstəkarlıq sinfini, 1964-cü ildə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq şöbəsini bitirib.O, Azərbaycanın əməkdar incəsənət xadimi, Azərbaycan və Dağıstanın xalq artistidir. O, 2012-ci il, fevralın 11-də 74 yaşında vəfat edib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















