• $
  • €
  • ₽
  • ₺
  • £

“Hüseyn Cavid. Əsərləri” adlı kitabın təqdimatı keçirildi

“Hüseyn Cavid. Əsərləri” adlı kitabın təqdimatı keçirildi
29.11.2013 15:15

 Bu gün Qafqaz Universitetində Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun təşəbbüsü, “Kaspi” qəzeti və Kaspi Təhsil Mərkəzinin layihəsi əsasında Türkiyənin İstanbul şəhərində nəşr olunmuş “Hüseyn Cavid. Əsərləri” kitabının təqdimatı keçirilib.

APA-nın məlumatına görə, təqdimat mərasimində universitetin rektoru Əhməd Sanıc Hüseyn Cavidin yaradıcılığı, onun ədəbiyyat sahəsində tutduğu mövqe barədə çıxış edib. Rektorun sözlərinə görə, kitabın türk dilində nəşr olunması H.Cavid irsini daha dərindən araşdırmaq, əsərlərini təhlil etmək baxımından əhəmiyyətlidir.

 Filologiya elmləri doktoru, professor, Cavidşünas alim Kamran Əliyev kitabın nəşr olunmasını çox böyük hadisə kimi qiymətləndirib: “Biz dünyanın bütün sənətkarlarına diqqət yetirsək, görərik ki, təfəkkür genişliyinə malik yazıçılar tarix boyu yaşayırlar. Hüseyn Cavid də məhz bu cür sənətkarlardandır. Hüseyn Cavid İslamçılığın və türkçülüyün başlanğıcıdır. Onun yaradıcılığı ideyalara söykənir. Buna görə də Hüseyn Cavid ideyalarından danışmaq, əslində gələcəyə baxaraq danışmaqdır”. “Kaspi” qəzeti və Kaspi Təhsil Mərkəzinin rəhbəri Sona Vəliyeva Cavidin əsərlərinin müasir dövr üçün əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, bu gün Cavid irsinin öyrənilməsi Türk dünyası və bəşəriyyət üçün çox vacibdir: “Cavid minilliklərin yazarıdır və ona bütün dövrlərdə ehtiyac duyulur. Cavid kimi sənətkarlar bəşəriyyət üçün doğulan sənətkarlardır. Yazıçı minilliklərlə davam edən romantizmi yeni məzmun və dram şəklində ədəbiyyata gətirdi. Bu, ədəbiyyatda yeni bir hadisə idi. O, XX əsr İrfan ədəbiyyatının davamçısıdır. Cavidin toxunduğu mövzulara, yaratdığı əsərlərə baxdıqda da onun xüsusi missiya üçün həyata gəldiyini görərik. Cavid XX əsrdə Türkçülük məfkurəsini daha da yüksəyə qaldıran ideoloq idi. Bütün türkçülüyün, insanlığın məfkurəsi onun əsərlərində əks olunub”.

 

S.Vəliyeva qeyd edib ki, yazıçının əsərlərində bütün türk xalqları üçün anlaşıqlı bir dil seçməsi təsadüfi deyil: “Bu baxımdan Cavidin öyrənilməsi türk millətinin özünəqayıdışıdır. Cavid böyük türkçülük məfkurəsinin qurbanı olduğu üçün bu gün onun yaradıcılığını öyrənmək və öyrətmək olduqca vacibdir”.

 Mətbuat Şurasının sədri Əflatun Amaşov və tədbirin digər iştirakçıları Cavid yaradıcılığı və yazıçının Azərbaycan ədəbiyyatındakı rolu barədə çıxış ediblər.

 

Daha sonra Cavid haqqında qısametrajlı film nümayiş etdirilib və universitetin tələbələri yazıçının yaradıcılığından əsərlər səsləndiriblər.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Mədəniyyət 12:37
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Aktyor Aslan Fətullayev vəfat edib
Mədəniyyət 16:00
Aktyor Aslan Fətullayev vəfat edib
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mədəniyyət 10:23
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol