• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Xalq Rəssamı Tahir Salahovu təbrik etdi

İlham Əliyev Xalq Rəssamı Tahir Salahovu təbrik etdi
28.11.2013 17:13

Prezident İlham Əliyev 85 illik yubileyi münasibətilə Xalq Rəssamı Tahir Salahova təbrik məktubu göndərib.

ANN.Az AzərTAc-a istinadən həmin məktubun mətnini olduğu kimi təqdim edir:

“Sizi – müasir dövrün görkəmli sənətkarını 85 illik yubileyiniz münasibətilə təbrik edirəm. Sizə möhkəm cansağlığı və çoxşaxəli fəaliyyətinizdə yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

Siz təsviri sənət tarixinə “sərt üslub”un banilərindən biri kimi həmişəlik daxil olmusunuz. Şərq və Qərb mədəniyyətlərinin bütün çalarlarını özündə əks etdirən bənzərsiz yaradıcılıq dəst-xəttiniz əsrlərin və minilliklərin qovuşuğunda xüsusi əhəmiyyət daşıyır. Son illərin məhsulu olan əsərləriniz əyani surətdə nümayiş etdirir ki, ecazkar rənglər dünyasının dərin sirləri, gözəllik, xeyirxahlıq və əmək mövzuları ən ali bəşəri dəyərlər olaraq yenə də Sizin diqqət mərkəzinizdədir.

Əsərlərinizdə doğma Azərbaycanın həyatının ahəngi daim hiss olunmuşdur. Günəşi, dənizi, nefti, qədim Azərbaycan əfsanələrinin ruhunu və Abşeronun ab-havasını tərənnüm edən rəsmləriniz milli mədəniyyətimizin möhtəşəm hadisəsi kimi qəbul edilir. Ərsəyə gətirdiyiniz portretlər, peyzaj və natürmortlar bütünlükdə Azərbaycan rəssamlıq məktəbinə geniş şöhrət qazandırmışdır. Teatr rəssamı və monumental layihələrin rəhbəri olaraq xidmətləriniz danılmazdır.

Siz fırça ustalarının bir çox nəslinin yetişdirilməsində böyük rol oynamısınız. Sovet İttifaqı miqyasında ictimai fəaliyyətiniz mədəni siyasətin həyata keçirilməsinə sanballı töhfə vermiş və neçə-neçə yaradıcı insanın sənət aləmində öz yolunu tapmasına kömək etmişdir.

Layiq görüldüyünüz çoxsaylı təltiflər və fəxri adlar fitri istedadınıza müxtəlif ölkələrdə verilən yüksək qiymətin etirafıdır. Sərgilərinizin coğrafiyası, eləcə də dünyanın məşhur muzeylərində saxlanan əsərləriniz dünya incəsənətinin inkişafında əhəmiyyətli yer tutduğunuzu təsdiq edir.

Əminəm ki, Siz yaradıcılığınızın pərəstişkarlarını bundan sonra da sevindirəcək, Azərbaycan təsviri sənətinin ənənələrini zənginləşdirəcək və şöhrətini artıracaqsınız”.

Ən xoş arzularla, İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 noyabr 2013-cü il.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Mədəniyyət 12:37
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Aktyor Aslan Fətullayev vəfat edib
Mədəniyyət 16:00
Aktyor Aslan Fətullayev vəfat edib
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mədəniyyət 10:23
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol