Qax Dövlət Kukla Teatrında yeni tamaşalar

Qax Dövlət Kukla Teatrında iki yeni tamaşanın məşqlərinə başlanılmışdır.
Teatrdan AzərTAc-a bildirmişlər ki, Osman Abdullayevin “Xoruzun hikkəsi” əsəri əsasında səhnələşdirilən tamaşanın quruluşçu rejissoru İsako Zeynalaşvilidir. “Güllü və Güloğlan” Orta Asiya xalq nağılı əsasında səhnələşdirilən digər tamaşaya isə Yusif Abdurahmanov quruluş verir. Hər iki tamaşa dekabrın ikinci yarısında balacalara təqdim olunacaqdır.
Ümumiyyətlə, yeni mövsümün başlanğıcı əyalət teatrı üçün uğurlu olmuşdur. Qax teatrı noyabrın 9-dan 16-dək keçirilən “Cırtdan” II Bakı Beynəlxalq kukla teatrları festivalında uğurla çıxış etmiş, festivalın diplomuna layiq görülmüşdür. Yaradıcı kollektiv bu festivalda tamaşaçılara Oruc Əhmədovun əsəri əsasında hazırlanmış “Zınqırovlu pişik” tamaşasını təqdim etmişlər.ANN.AzOxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















