Nigar Rəfibəylinin iki kitabının təqdimatı oldu

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında xalq şairi Nigar Rəfibəylinin 100 illik yubileyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən çap olunan “Şanlı nəsillərin yadigarıyam” və “Məhəbbətim bölünmədi” kitablarının təqdimatı keçirilib. APA-nın məlumatına görə, Milli Kitabxananın direktoru Kərim Tahirov bildirib ki, çap olunan kitablar Nigar Rəfibəylinin 100 illik yubileyi münasibətilə ölkə prezidentinin imzaladığı sərəncamdan irəli gələn məsələlərin həlli çərçivəsində həyata keçirilir. Mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev qeyd edib ki, son vaxtlarda nazirlik bir neçə ədəbiyyat xadiminin yubileyini keçirib və bu ənənə davam edəcək: “2013-cü ildə görkəmli sənətkarlarımızla bağlı yeddi sərəncam imzalanıb və nazirlik bu sərəncamdan irəli gələn məsələləri yerinə yetirir. 100 il keçməsinə baxmayaraq, Nigar Rəfibəylinin poeziyası bu gün də yaşayır və aktualdır. Çünki o, novator şair idi və yaradıcılığı yüz il sonra da yaşayacaq. Çap olunan hər iki kitab bizim ədəbiyyatımızın zənginləşməsinə öz töhfəsini verəcək”. Xalq şairi Nəriman Həsənzadə, professor Buludxan Xəlilov, AYB-nin katibi Arif Əmrahoğlu və başqaları Nigar Rəfibəylinin poeziyası haqqında fikirlərini bildiriblər. Tədbirdə şairin həyat və yaradıcılığını işıqlandıran videoçarx nümayiş olunub, Nigar Rəfibəylinin sözlərinə yazılan mahnılar səsləndirilib. Tədbirin sonunda Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar çıxış edərək, kitabın ərsəyə gəlməsində xidməti olanlara təşəkkürünü bildirib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















