Polşada Azərbaycanla bağlı kitablar nəşr olundu

Azərbaycanın Polşadakı səfirliyi tərəfindən Azərbaycan-Polşa diplomatik əlaqələrinin qurulmasının 540 və bərpasının 20 illiyi ilə əlaqədar müxtəlif seriyalar üzrə 50 adda kitab nəşri davam etdirilir.Səfirlikdən AzərTAc-a bildirilmişdir ki, Azərbaycan xalqının min illərə dayanan zəngin mədəni irsini Polşada tanıtmaq üçün Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanın xalça sənəti”, “Azərbaycan musiqi sənəti”, “Azərbaycanın bədii parçalar və tikmələri”, “Azərbaycanın milli geyim nümunələri”, “Azərbaycan zərgərlik nümunələri”, “Azərbaycan incəsənəti” kitabları nəşr olunub.Kitablar Polşanın bütün mərkəzi kitabxanalarına və əsas universitetlərinə göndərilib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















