Nəşriyyatdan Nobel mükafatlı yazıçıya rədd cavabı

Arxiv sənədləri göstərir ki, builki Nobel mükafatçısı, kanadalı yazar Alice Munronun Amerika kitab bazarına yol tapması asan olmayıb.Əsərlərini göndərdiyi “Knopf” nəşriyyatından “yox” cavabları alıb (Foto). Bunlardan biri onu hekayələr toplusu, digəri isə romanı ilə bağlı olub.Amerikanın ən böyük nəşriyyatlarından olan “Knopf”un bir çox arxiv sənədləri Austin-dəki Texas Universitetində saxlanır.“Knopf’un redaktoru Judith Jones 1968-ci ildə Munro-nun “Xoşbəxt kölgələrin rəqsi” adlı ilk hekayələr kitabını oxuyandan sonra ona yazır ki, kitabda xüsusi olaraq diqqət çəkən yeni bir şey yoxdur və çox mümkündür ki, oxucuların diqqətini cəlb etməsin. Judith Jones yazıçıya göndərdiyi digər məktubda onun “Lives of Girls and Women” (Qızların və qadınların həyatı) romanı haqda fikrini bölüşür.Romanın üslubunu bəyəndiyini yazsa da, yenə də “yox” cavabı verir. Bildirir ki, Munronun roman yazmaq bacarığı olsa da, onun sırf hekayə yazarı olduğu aydın görünür. Munronun yaradıcılığı ilə bağlı mühazirələr oxuyan ədəbiyyatşünas Brian Doherty deyir ki, nəşriyyatların yüksək satışa nail olmaq üçün yazıçıları yazıya, ədəbiyyata yanaşmanı dəyişməyə sövq etməsini eşitmək üzücüdür. Amerikada Munronun ilk romanını 1972-ci ildə “McGraw-Hill” nəşriyyatı çap edib və kitabın uğurundan sonra nəşriyyat onun hekayələr toplusunu da buraxıb.Doherty bildirir ki, Munro-nun öz üslubu və ədəbiyyata baxışını dəyişmədən yazmağa davam etməsi yazıçılar üçün bir nümunədir.www.dailytexanonline.comoxuzali.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















