Milli geyimlərimiz Çexiyada - FOTOLAR

Praqadakı Çexiya Milli muzeyinin binasında “Azərbaycan - Möcüzəli Odlar Yurdu” (“Azerbaijan–magical land of fire”) adlı sərginin açılış mərasimi keçirilib.
Tədbir Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin, Çexiya Respublikası Milli Muzeyinin təşkilatçılığı və ölkəmizin Çexiyadakı səfirliyinin dəstəyi ilə reallaşıb.
ANN.Az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycanın Çexiyadakı səfirliyindən bildirilib ki, açılış mərasimində Çexiya Milli Muzeyinin direktoru Mixal Lukeş, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı və Azərbaycanın bu ölkədəki səfiri Fərid Şəfiyev mədəni əlaqələrin inkişaf etdirilməsinin ölkələr və xalqlar arasında körpü rolunu oynadığını söyləyiblər.Tədbirdə Çexiya Respublikasının xarici işlər, mədəniyyət nazirlikləri və digər dövlət qurumlarının nümayəndələri, habelə bu ölkədə akreditə olunmuş diplomatik korpusların təmsilçiləri, çex və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər. Çıxışlardan sonra, səfirliyinin əməkdaşları Nigar Əfəndiyeva və Tural Gəncəliyevin dahi bəstəkarı Üzeyir Hacıbəylinin “Sənsiz” romansını tar və fortepianoda canlı ifa etməsi iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.Sonra tədbir iştirakçıları üçün Azərbaycan milli mətbəxinin təamlarından ibarət ziyafət verilib. Çexiya Milli muzeyinin binasının müxtəlif zallarında Azərbaycanın qədim və zəngin tarixi və mədəniyyətinə aid eksponatlar, milli musiqi alətləri, geyim və zinət əşyaları, arxeoloji tapıntılar, habelə qədim pul əsginasları və digər dəyərli əşyalar nümayiş etdirilib. Sərgiyə gələn iştirakçılar üçün Azərbaycanın mədəniyyəti və tarixi haqqında müxtəlif nəşrlər, o cümlədən çex dilində nəşr edilmiş “İrs” jurnalı və digər məlumat kitabçaları və broşürlər paylanılıb.ANN.AzOxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















