“Nabat” filmi beynəlxalq film festivalında nümayiş olunub

Nabat” bədii filmi 26-cı "Palm Springs” Beynəlxalq film festivalında nümayiş olunub.
ANN.Az APA-ya istinadən xəbər verir ki, C. Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasından verilən məlumata görə, festivalın "Award Buzz” proqramında yer alan filmin təqdimatı Los Angeles şəhərinin "Palm Springs Regal” kinoteatrında baş tutub.
Kinostudiyadan bildiriblər ki, bu, "Nabat”ın ABŞ-da ikinci nümayişidir. Yanvarın 12-dək davam edəcək festivalda filmin növbəti nümayişi yanvarın 6-da "Palm Canyon Theatre” kinoteatrında keçiriləcək.
Qeyd edək ki, filmin quruluşçu rejissoru Elçin Musaoğlu, ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri oynayıblar.
ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 