Rəsulzadənin seçilmiş əsərlərindən ibarət çoxcildlik hazırlanır

"Məhəmməd Əmin Rəsulzadənin seçilmiş əsərlərindən ibarət çoxcildlikdən birinci və ikinci kitablar artıq hazırdır.
Kitablar Mədəniyyət və Turizm Nazirliyinin anbarındadır. Kitabların müvafiq qurumlara paylanması işi ilə nazirlik məşğul olacaq. Üçüncü, dördüncü və beşinci cildlərin elektron variantlarını da nazirliyə təhvil vermişəm”.
Bunu APA-ya açıqlamasında Rəsulzadə irsinin tədqiqatçısı, professor Şirmməmməd Hüseynov deyib.
Ş.Hüseynov yaya qədər bu üç kitabın da hazır olacağını qeyd edib.
Qeyd edək ki, prezident İlham Əliyevin "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında" 22 noyabr 2013-cü il tarixli sərəncamının icrası ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi, Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi və digər aidiyyəti qurumların təklifləri ümumiləşdirilərək tədbirlər planı hazırlanıb. Tədbirlər planında "M.Ə.Rəsulzadənin Azərbaycan dövlətçilik tarixindəki rolu” mövzusunda elmi konfransın keçirilməsi, M.Ə.Rəsulzadənin xarici ölkələrin arxivlərində olan zəngin irsi və sənədlərinin toplanılıb Azərbaycana gətirilməsi, professor Şirməmməd Hüseynovun tərtib etdiyi M.Ə.Rəsulzadənin seçilmiş əsərlərindən ibarət çoxcildliyin nəşri, "Məhəmməd Əmin Rəsulzadənin ictimai-siyasi fəaliyyəti və müasirlik" mövzusunda elmi sessiyanın və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub.
ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 