• $
  • €
  • ₽
  • ₺
  • £

Böyük Britaniya səfiri Tərcümə Mərkəzində olub

Böyük Britaniya səfiri Tərcümə Mərkəzində olub
09.01.2015 19:45

Yanvarın 7-sində Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiq Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.

Mərkəzin direktoru Afaq Məsud qonağı salamlayaraq, qurumun tarixi, fəaliyyət istiqamətləri, perspektivləri barədə danışıb: "Tərcümə Mərkəzi 25 ildir ki, fəaliyyət göstərir. Bu illər ərzində biz yalnız bədii tərcümə sahəsində dünya ədəbiyyatından yüzlərlə əsərin tərcüməsini və nəşrini həyata keçirmişik. Mərkəzin yeni statusu fəaliyyət dairəmizi genişləndirib. İndi biz təkcə bədii əsərlərin tərcüməsi ilə yox, tərcümənin digər sferalarında gedən proseslərə nəzarəti, bu sahənin təhsil mərhələsindən başlayaraq təkmilləşdirilməsi və tənzimlənməsi işini həyata keçirməyə çalışacağıq”. 
Görüş zamanı İ.Siddiq ölkələrarası münasibətlərdən danışıb: "Ölkələrimiz arasında dostluq münasibətləri gün-gündən inkişaf edir. Mərkəzin İngiltərə ədəbiyyatından tərcümə və nəşr etdiyi kitabların kataloqu ilə tanış oldum. Bu qədər dəyərli əsərin Azərbaycan dilinə çevrilməsini təqdirəlayiq hadisə hesab edirəm. Xüsusən, diqqətimi tərcümə olunan ədəbiyyatların və müəlliflərin seçimi cəlb etdi. O mənada ki, olduqca görkəmli müəlliflərin əsərlərini dilinizə çevirmisiniz”. 

Mərkəzin direktoru Afaq Məsud Böyük Britaniya ədəbiyyatından tərcüməsi və nəşri 2015-ci ildə nəzərdə tutulmuş əsərlərdən, həmçinin, Azərbaycan ədəbiyyatının və dilinin beynəlxalq aləmdə aktuallaşması istiqamətində görülən işlərdən danışdı: "Biz dünya ədəbi fikrini Azərbaycan oxucusuna çatdırmaqla yanaşı, Azərbaycan ədəbiyyatının, onun tarixinin, elmi-fəlsəfi fikrinin dünyada təbliğinə çalışırıq. Bu istiqamətdə nəzərdə tutulan mühüm əhəmiyyətli işlərdən biri də Azərbaycan dilinin xarici ölkələrin təhsil ocaqlarında tədrisinin təşkilidir”.

Daha sonra səfir Böyük Britaniya səfirliyinin Mərkəzlə qarşılıqlı əməkdaşlığı məsələsinə toxunaraq qeyd edib: "Hazırda Kembric və Oksford Universitetlərində Azərbaycan dilinin tədrisi ilə bağlı müəyyən hazırlıq işləri gedir və biz Tərcümə Mərkəzinin də bu sahədə öz töhfəsini verəcəyinə ümid edirik. Bakıda yerləşən Böyük Britaniya Konsulluğu da Böyük Britaniya nəşriyyatları və yazıçıları ilə əlaqə qurmaqda, həmçinin, təhsillə bağlı layihələrinizdə Mərkəzə yaxından kömək edəcək. Ümumiyyətlə, bu cür maraqlı  və mühüm bir sahəylə – dil və tərcümə məsələləri ilə bu səviyyədə məşğul olmağınız ümumilikdə ölkəniz üçün əlamətdar hadisədir. Ümid edirəm, ölkələrimiz arasında bu mədəni, ədəbi mübadilələrimiz, təhsil sahəsindəki əməkdaşlığımız qarşılıqlı və daimi olacaq”. 

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Mədəniyyət 12:37
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Aktyor Aslan Fətullayev vəfat edib
Mədəniyyət 16:00
Aktyor Aslan Fətullayev vəfat edib
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mədəniyyət 10:23
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol