Azərbaycanın əməkdar artisti infarkt keçirdi

Azərbaycanın əməkdar artisti, kinoaktyor Eldəniz Rəsulov infarkt keçirib.
Bu barədə Report-a o, özü məlumat verib.
Mərkəzi Neftçilər Xəstəxanasında müalicə edilən aktyorun vəziyyəti hazırda stabildir. E.Rəsulov xəstəxanadan evə yazılıb.
"Yanvarın 6-da ürəyimin sıxıldığını hiss etdim. Sanki havam çatmırdı. Dərhal həkimə müraciət etdim. Müayinədən sonra məlum oldu ki, ikinci dəfə infarkt keçirmişəm. Mərkəzi Neftçilər Xəstəxanasında müalicə aldım. Hazırda evdəyəm. İndi özümü yaxşı hiss edirəm. Həkimlər hələlik işə çıxmağa icazə vermirlər. Müalicəm ev şəraitində davam edir. Dərmanlarımı qəbul edirəm. Həkimlər siqaret çəkməyi qadağan ediblər. Dözmək çətin olsa da, səbr edirəm".
Qeyd edək ki, Eldəniz Rəsulov 1952-ci ildə Bakıda yazıçı-dramaturq Qeybulla Rəsulovun ailəsində dünyaya gəlib. 1971-ci ildən bədii filmlərə çəkilən Eldəniz Rəsulov tamaşaçılara "Babək", "Gümüşgöl əfsanəsi", "Təhminə", "Ovsunçu" və s. filmlərdən tanışdır.
Əməkdar artist Eldəniz Rəsulov uzun illərdir Azərbaycan televiziyasının dublyaj redaksiyasında fəaliyyət göstərir.
ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 