Azərbaycanda "Əsgərin şücaəti" adlı film çəkilir

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında dövlət sifarişi ilə "Əsgərin şücaəti" adlı tammetrajlı bədii filmin istehsalı davam etdirilir.
ANN.Az xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti yayıb.
Əsas hissəsinin çəkilişləri Belarusun Brest, Minsk şəhərlərində və Vileyka qəsəbəsində aparılan film İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 70 illiyinə həsr olunub və cari il mayın 9-da tamaşaçılara təqdim olunması nəzərdə tutulmuşdur. Hazırda filmin qış səhnələrinin çəkilişlərinə hazırlıq işləri aparılır.
Ekran əsərinin ssenari müəllifləri Yuri Vorobyov və Yavər Rzayev, rejissoru Elxan Cəfərov, quruluşçu operatoru Nadir Mehdiyev, prodüseri isə Müşfiq Hətəmovdur.
Baş rolu Pantomim Teatrının aktyoru Bəhruz Vaqifoğlunun canlandırdığı filmdə Almaniya və Rusiyanın tanınmış aktyorları rol alıblar.
ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 