Milli qəhrəman haqqında yeni film çəkilir

Mədəniyyət və Turizm Nazirliyinin "Yaddaş" sənədli filmlər studiyasında dövlət sifarişi ilə "Milli Qəhrəmanlar" silsiləsindən indiyədək iyirmi sənədli film çəkilmiş, on beş film isə hazırda istehsalın müxtəlif mərhələsindədir. Bu filmlərdən "Şuşalı şəhid" adlı filmin istehsalı başa çatmaq üzrədir.
ANN.Az Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Qarabağ müharibəsində Şuşa şəhər özünümüdafiə taborunun komandiri olmuş, Azərbaycanın Milli Qəhrəmanı Ramiz Qəmbərovun həyatından və keçdiyi şərəfli döyüş yolundan bəhs edən filmin ssenari müəllifi və rejissoru Kəmalə Musazadədir.
R.Qəmbərovla bağlı xronikal kadrların da yer aldığı filmdə döyüş yoldaşları və müəllimləri qəhrəman haqqında xatirələrini bölüşür, onun igidliyindən və göstərdiyi şücaətlərdən söhbət açırlar.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















