• $
  • €
  • ₽
  • ₺
  • £

"Qanun"dan yeni kitab

"Qanun"dan yeni kitab
27.01.2015 13:25
ARTUR KONAN DOYL. Visteriya Locda Hadisə 
Tərcümə:   Samir Bulut


İstedadlı skripkaçı, yaxşı boksçu, mahir aktyor, Londonun ən məşhur sakini, əfsanəvi xəfiyyə – Şerlok Holms soyuq ağlının, sarsılmaz məntiqinin və tətbiq etdiyi deduktiv metodun köməyi ilə yenə sirli hadisələrin, həlledilməz məsələlərin, qorxunc cinayətlərin üstünü açır.

Nəcib insan, əsl centlmen mister Skott Eklz dostu Aloizius Qarsiyanın dəvəti ilə onun Visteriya-Locda yerləşən malikanəsinə qonaq gedir. Səhər yuxudan oyandıqda evdə ondan başqa heç kimin olmadığını görür. Bir müddətdən sonra Qarsiyanın cəsədini evdən bir az aralıda tapırlar. Hadisədən sarsılmış mister Skott Eklz Şerlok Holmsu köməyə çağırır.

"Visteriya-Locda hadisə” XX əsrin əvvəllərində yazılıb və ilk dəfə 1907-ci ildə "Strend” jurnalında çap edilib. Povest azərbaycan dilində ilk dəfədir ki, nəşr olunur.

Klassik detektiv həvəskarları kitabda həmçinin "Bohemiyada qalmaqal”, "Kürənlər ittifaqı”, "Şəxsiyyətin müəyyən edilməsi”, "Boskom dərəsinin sirri”, "Beş portağal dənəsi " adlı hekayələri də oxuya biləcəklər.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Mədəniyyət 12:37
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Aktyor Aslan Fətullayev vəfat edib
Mədəniyyət 16:00
Aktyor Aslan Fətullayev vəfat edib
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mədəniyyət 10:23
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol