• $
  • €
  • ₽
  • ₺
  • £

İki rus aktyoru “İslam dövləti” yaraqlılarına qoşulub

İki rus aktyoru “İslam dövləti” yaraqlılarına qoşulub
27.01.2015 22:46
Son bir neçə gündə sosial mediada və bir sıra rus qəzetlərində aktyor Vadim Dorofeyev-in Suriyadakı döyüşlərdə ölməsi xəbəri yayılıb.

Məlumata görə, Dorofeyev İslamı ötən ilin yanvarında qəbul edib. Daha sonra arvadı və iki körpə uşağını Rusiyada qoyaraq Suriyaya yollanıb. Orada "İslam dövləti” yaraqlılarına qoşulub.

Dorofeyev indiyəcən bir neçə rus filmində çəkilib. O cümlədən 2010-cu ildə ekranlara çıxan "Yakuzanın qızı heç vaxt ağlamır” komediyasında. Film yaponiyalı Yakuzanın 10 yaşlı qızının Rusiyada itməsi haqdadır.

2014-cü ildə isə aktyor "Balabol” adlı teleseriala çəkilib.

İKİ DOST

Dorofeyevin İslamı aktyor dostu Leonid Telezhinsky ilə birlikdə qəbul etdiyi bildirilir.

"Komsomolskaya Pravda” xəbər verir ki, Dorofeyev-in 24 yaşlı həyat yoldaşı Yelena son aylarda dövlət orqanlarına müraciət edərək ərinin "pis adamlara qoşularaq Suriyaya getdiyini” bildirib.

Bundan başqa o, televiziyalara da kömək üçün müraciət edib:

"Mən bu məktubu sizə ümidsiz vəziyyətdə yazıram… Belə bir şeyin baş verəcəyini təsəvvürümə də gətirməzdim… İslamı qəbul edəndən sonra ərim və onun dostu Leonid Telezhinsky mənə də təzyiq etdilər. Məni inandırmağa çalışırdılar ki, İslamı qəbul etməyim vacibdir. İstəyirdilər ki, uşaqlarımı da götürüb onlarla birlikdə Suriyaya gedim. Onun məqsədi Allah uğrunda savaş idi… İndi anlayıram ki, onu təbliğatla zombiyə çevirmişdilər”.

BİR CÜMLƏLİK MESAJ...

Yelena deyir ki, ötən il sentyabrın 16-da Dorofeyev ona mesaj yazıb ki, "dostları ilə bir yerdədir”. Sonra deyib ki, telefonuna zəng çətinliklə çatır. Ertəsi gün isə ona mesaj göndərilib ki, Dorofeyev "Suriyaya gedib, əgər Allah-təala məsləhət bilsə, gedişi əbədi olacaq”.

Yelena deyir ki, ərinin ölməsi xəbərini ötən il dekabrın 20-də alıb.

Dorofeyev-in fanatları isə onun VKontakte sosial şəbəkəsindəki səhifəsinə şərhlər yazmaqdadırlar.

"Mən Suriyaya gedib cihadçılara qoşulmaq kimi axmaq və sadəlövh hərəkəti ağlıma da gətirməzdim. Vadim özünə inamsız insan idi və yəqin kiməsə nəyisə sübut etməyə çalışıb” – deyə fanatlardan biri yazıb.

Tair Sadixov adlı şəxs isə yazıb ki, "İslam dövləti”nin tapındığı "vəhhabilik” əsl İslam deyil. Və onlar İslamın, sünnilik məzhəbinin adından sui-istifadə edirlər.

"İslam dövləti”nə simpatiyası olduğu hiss edilən başqa bir fanat isə yazıb ki, "Dorofeyev ölməyib, şəhid olub. Və əslində yaşayır”.
 
Oxu Zalı
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Mədəniyyət 12:37
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Aktyor Aslan Fətullayev vəfat edib
Mədəniyyət 16:00
Aktyor Aslan Fətullayev vəfat edib
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mədəniyyət 10:23
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol