Azərbaycanlı rejissor hökumətə üsyan etdi

İran rejissoru Cəfər Pənahi İran höküməti tərəfindən ona qoyulmuş kino çəkmək qadağasına etirazını açıq məktubda ifadə edib. Bu barədə kulis.az gazeta.ru-ya istinadən xəbər verir.
"Mən rejissoram. Mən yalnız film çəkə bilirəm. Kino mənim özünü ifadəm, həyatımın mənasıdır. Heç nə məni kino çəkməkdən saxlaya bilməz. Mən özümü diri hiss etmək üçü, özümə hörməti qorumaq üçün kinematoqrafiya ilə məşğul olmağa istənilən şəraitdə davam edəcəyəm”-deyə rejissor məktubunda yazıb.
Cəfər Pənahi uzun müddətdir ki, ev dustağıdır. O, 2010-cu ilin martında həbs olunub. Onu antihökümət fəaliyyətinə və 2009-cu il seçkilərinin rəsmi nəticələrinə etiraz aksiyasında iştirak etdiyinə görə 6 il müddətinə həbs ediblər. Ona 20 il ərzində kino çəkmək və İrandan getmək qadağan olunub.
Xatırladaq ki, Pənahi qadağadan sonra artıq üçüncü filmini çəkib. Onun sonuncu "Taksi” filmi Berlin kinofestivalında fevralın 5-də nümayiş olunacaq.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















