• $
  • €
  • ₽
  • ₺
  • £

Samir Sədaqətoğlu Mətbuat Xidmətinin rəhbəri oldu

Samir Sədaqətoğlu Mətbuat Xidmətinin rəhbəri oldu
03.02.2015 10:47
Tanınmış yazıçı-dramaturq Samir Sədaqətoğlu Azərbaycan Dövlət Musiqili Teatrının Mətbuat Xidmətinin rəhbəri təyin olunub.

ANN.Az-ın verdiyi xəbərə görə, teatr sahəsinə kifayət qədər bələd olan S.Sədaqətoğlunun bir neçə pyesi ölkə teatrlarında tamaşaya qoyulub və bir sıra mükafatlara layiq görülüb. Otən mövsüm onun ssenarisi əsasında çəkilərək Azad Azərbaycan Televiziyasında (ATV) yayımlanan "Toy gecəsi” serialı geniş tamaşaçı auditoriyası tərəfindən böyük rəğbət və maraqla qarşılanıb.

Qeyd edək ki, Samir Sədaqətoğlu Prezident mükafatçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
S. Sədaqətoğlu 2001-ci ildə çap olunmuş hekayələrinə görə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyinin "İlin ən yaxşı gənc nasiri” və Azərbaycan Yazıçılar Birliyinin Ülvi Bünyadzadə adına "Ugur” mükafatlarını almışdır. 2002-ci ildə Bakı Dövlət Kamera teatrında Xalq artisti, "Şöhrət” ordenli rejissor Cənnət Səlimovanın quruluş verdiyi "İtən vaxt” əsəri "Üfüq XXI” IV Respublika Monotamaşalar Festifalında Azərbaycan Teatr Xadimləri İttifaqının Xüsusi mükafatına layiq görülmüşdür. 2010-cu ildə Bakı şəhər Mədəniyyət və Turizm idarəsinin keçirdiyi "Kiçik həcmli pyeslər və hekayələr” müsabiqəsində "Yerə-göyə sığmayan”, "Bir redaksiyada” və "Azadlıq həzzi” pyesləri ilə iştirak etmiş və ikinci yeri qazanmışdır. 2011-ci ildə həmin pyeslər səhnələşdirilərək Xalq Teatrları Festifalında nümayiş olunmuş, bir pyesi festifalın 2-ci mükafatının, digər bir pyesi isə "Ən yaxşı kişi obrazı” nominasiyasının qalibi olmuşdur. 2011-ci ildə "Yerə-göyə sığmayan” pyesi Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor Sərvər Əliyevin mizanında uğurla səhnələşdirilərək tamaşacılara təqdim olunmuşdur. "Həbsxanada bayram” dramı Teatr Xadimləri İttifaqının təşkil etdiyi "Axundov dərsləri” çərçivəsində qalib elan olunaraq Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə rus dilinə tərcümə olunmuş və Azərbaycan Respublikası tərəfindən Beynəlxalq Teatr Xadimləri Assosasiyasının Moskvada nəşr olunan "MDB-nin ən yaxşı gənc dramaturqları” kitabına daxil edilmişdir. 10-a yaxın pyesin və bir neçə sənədli və bədii filmin ssenari müəllifidir. Yeni Yazarlar və Sənətçilər Qurumunun "Yeni nəsil yazarı” nominasiyasının qalibi olmuş "İtən vaxt” kitabının müəllifidir.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Mədəniyyət 12:37
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Aktyor Aslan Fətullayev vəfat edib
Mədəniyyət 16:00
Aktyor Aslan Fətullayev vəfat edib
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mədəniyyət 10:23
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol