“Avanqard” ədəbiyyat jurnalının ilk sayı satışda

Jurnalda Xanəmirin "Qаpısı Vyananın təkkə” romanı, Rəhim Əliyevin geniş müsahibəsi, Zahid Sarıtorpağın, Fərid Hüseynin şeirləri, Qulamhüseyn Saidinin "Qurdlar” pyesi, Kənan Hacının tərcüməsində Tolstoyun "İnsan nə ilə yaşayır" povesti yer alıb.
Jurnalda daha sonra Əli Şirin Şükürlünün "Ev” essesi, Cavanşir Yusiflinin "Səlim Babullaoğlu haqqında 3 yazı”sı, Firuz Mustafanın "Bu yоl hara gеdir?”, Mübariz Örənin "İlıq”, Kənan Hacının "Özgə planetdən gələn səs” hekayələri, Səxavət Sahilin "İsanın qayıdışı” romanından bir parça, Həmid Piriyevin tərcüməsində Con Qolsuorsinin iki hekayəsi, Xanım Aydının tərcüməsində Vladimir Sorokinin "Bu qrotesk ölkə bir yazıçı üçün Eldoradodur” yazısı dərc olunub.
Jurnalın redaktoru Kənan Hacı, baş redaktoru isə Səxavət Sahildir. Jurnalı Kitabevim.az mağazasından (Nəsimi r., Puşkin k., 32, AK center II mərtəbə (28 may metrosu) və Bakıtab mağazasından (İsqialaliyyət küçəsi 71, Sabirin heykəli ilə üzbəüz) əldə etmək olar.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















