Çingiz Abdullayevin əsəri əsasında film çəkilir

Müğənni İlqar Muradov Çingiz Abdullayevin əsəri əsasında çəkilən filmdə rol alacaq.
"Qafqazinfo”ya açıqlamasında sənətçi ekran işində dedektiv obrazını canlandıracağını bildirib:
"Yeni mahnılar yazdırıram, yaradıcılığımla məşğulam. Eyni zamanda Çingiz Abdullayevin əsəri əsasında, rejissor Yavər Rzayevin çəkdiyi filmdə çəkilirəm. Film məsuliyyətli işdir, öhdəsindən gələcəyimi düşünürəm. Canlandırdığım obrazın adı Dronqodur, Moskvada yaşayan dedektiv obrazdı. Çəkilişlər Bakıda və Qubada baş tutacaq. İnanıram ki, tamaşaçılar filmdə yaratdığım obrazı bəyənəcəklər və bu işimiz uğurlu olacaq”.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















