AYB-dən Moskva filialında baş verənlərə RƏSMİ MÜNASİBƏT

Azərbaycan Yazıçılar Birliyi Moskva bölməsində baş verənlərə rəsmi münasibət bildirib.
Qeyd edək ki, bir müddət öncə AYB-in Moskva bölmə nümayəndələrinin bir neçəsi Modern.az saytına göndərdikləri məktubda filialın fəaliyyətinə toxunmaqla yanaşı, bəzi iradlarını da çatdırıblar. Bu iradlar artıq çoxdan baş tutan qurultaydakı nümayəndə sayı və filial rəhbəri professor Tofiq Məliklidən olan şikayətlərdən ibarət idi.
Moskva nümayəndələrindən bir neçəsi Tofiq Məkilinin bölməyə laqeydliyini, onun daha çox Bakıda olmasını və digər məsələləri əsas şikayət faktı kimi hallandırırdılar.
AYB-in mətbuat xidmətinin rəhbəri Xəyal Rza məsələ ilə əlaqədar Modern.az-a verdiyi açıqlamasında ədəbi qurumun rəsmi münasibətini səsləndirib: "Yazıçılar Birliyinin Moskva bölməsinin üzvlərindən bizə gələn məktubda bildirilirdi ki, bölmə toplantı keçirməyi düşünür və bu toplantı üçün AYB-dən nümayəndənin iştirak etməsini istəyir. Biz də onlara konkret tarix və başqa məsələlərlə bağlı suallar ünvanladıq. Nə zaman və kimin nümayəndə göndərilməsi isə artıq sonra məlum olacaq. Ümumiyyətlə, elə bir ciddi narazılıq yoxdur. Moskva bölməsi həqiqətən də AYB-in ən işlək bölmələrindən biridir. Zaman-zaman dəyərli işlər də görüblər. Bəhanələri odur ki, Tofiq Məlikli tez-tez Bakıya gedib-gəlir. Təbii ki, bir bölmə sədri Bakıya gəlib-getməlidir. AYB-in ümumi qərarı bir müddət sonra katibliyin iclasında veriləcək”.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















