"Qırmızı kitab"ın azərbaycanlı həmmüəllifi vəfat etdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəbatat bağının sabiq direktoru, biologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü Oruc İbadlı vəfat edib. "Report" xəbər verir ki, mərhum 76 yaşında dünyasını dəyişib.
Xatırladaq ki, O.İbadlı "Qırmızı kitab"ın, Azərbaycan Sovet Ensiklopediyasının VI, IX, X cildlərinin həmmüəlliflərindən biridir. Mərkəzi Nəbatat bağının Elmi Şurasının sədri, Bakı şəhərində Aqro-Bədii Şuranın, Dənizkənarı Milli parkın Elmi-Metodik Şurasının, Meşəçilik İnstitutunun Elmi Şurasının, AMEA Botanika İnstitutunun Müdafiə Şurasının, "Elm və həyat" jurnalının redaksiya heyətinin üzvü olan Oruc İbadlı 2007-ci ilin əvvəlində AMEA-nın müxbir üzvü seçilib.
Akademiyanın 60 illik yubileyi ilə əlaqədar "Tərəqqi" medalı və elmdə qazandığı uğurlara görə dəfələrlə Azərbaycan AMEA-nın fəxri fərmanları ilə təltif edilib, müxtəlif elmi, ictimai və dövlət təşkilatları tərəfindən fərmanlara, təşəkkürlərə layiq görülüb.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















