Qarabağdan bəhs edən film İran festivalında

"Yol” Azərbaycan qısametrajlı filmi İranın Tehran şəhərində keçirilən IX Roy Beynəlxalq Qısametrajlı Film Festivalında iştirak edir. Filmin rejissoru Fehruz Şamıyevin Kulis.az-a verdiyi xəbərə görə "Yol” filmi müsabiqədə festivalın "Müsəlman ölkələri filmləri” kateqoriyasında iştirak edir. Bu proqrama 10 film daxildir.
Fevralın 24-dən başlayan festivalın bağlanış və mükafatlandırma mərasimi fevralın 27-də baş tutacaq. Festival çərçivəsində məşhur kinematoqrafçılarla master-klasslar keçirilir.
Xatırladaq ki, "Yol” filminin rejissorları Anar Almazov, Fehruz Şamıyev, ssenari müəllifləri Fehruz Şamıyev, Elçin Hüseynbəyli, operatoru Rəşad Nuriyev, bəstəkarı Firudin Allahverdidir.
Film "Cinema” Gənc Kinematoqrafçılar Mərkəzində, Mədəniyyət və Turizm nazirliyinin "Bu meydan, bu ekran” qısametrajlı filmlər müsabiqəsi çərçivəsində, 2010-cu ildə çəkilib.
"Yol” Qarabağ müharibəsində torpağından ayrı düşən insanın yaşadıqlarından bəhs edir: Ölümünün yaxınlaşdığını hiss edən qəhrəman atəş xəttini keçərək maneələri aşa-aşa düşmən işğalında olan torpağına gəlir və bir vaxt babası ilə birgə əkdiyi ağacın altında son anlarını yaşayır.
ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















