“Bozun əlli çaları”nın aktyoru baş roldan imtina etdi

Bu ilin ən səs-küylü filmlərində olan "Bozun əlli çaları” filmində Kristian Qrey rolunu ifa edən Ceymi Dornan trilogiyanın növbəti hissələrində çəkilməkdən imtina edib.
ANN.Az AzVision.az-a istinadən xəbər verir ki, onun bu roldan imtina etməsinə səbəb Dornanın həyat yoldaşı Ameli Uornirdir.
Məlumata əsəsən "Bozun əlli çaları” filmi erotik səhnələrlə həddən artıq zəngin olduğundan Ameli həyat yoldaşının filmdə çəkilməsinə qarşı olduğunu bildirib.
Dornan artıq qərarı barədə filmin prodüserlərini də məlumatlandırıb. Prodüserlərin yaxın vaxtlarda ikinci və üçüncü filmlər üçün Kristian Qrey roluna yeni aktyor axtarışlarına başlayacağı vurğulanır.
"Bozun əlli çaları" — İngiltərə yazıçısı Erika Ceymsin (əsl adı Erika Leonarddır) trilogiyasından birinci kitabdır. Son illərin ən oxunan erotik romanı.
Hazırda dünyanın bir çox ölkələrində satış rekordları qıran bu əsəri bir çox tənqidçilər "analar üçün porno" adlandırıblar.
ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 