Ağ Evdə Novruz bayramı

Ağ Evin Şərq otağında Novruz bayramı münasibəti ilə tədbir keçirilib.
"Report" xəbər verir ki, tədbirdə ABŞ prezidentinin xanımı Mişel Obama iştirak edib. O, Novruz bayramını qeyd edən dövlətlərin icmalarının nümayəndələrini salamlayıb: "Amerika müxtəlif adət və ənənələr ölkəsidir. Bu, Amerikanı Amerika edir. Novruz da belə ənənələr sırasındadır. Bu bayram 3 min ildən artıqdır keçirilir. Eyni zamanda, ABŞ-dakı icmalarda onu qeyd edirlər. Bu bayram yazın gəlişindən və torpağın oyanmasından xəbər verir. Mən Novruz bayramı tədbirinə qatılmaqdan məmnunam".
Ağ Evin ənənəvi yeməkləri ilə Novruz qeyd olunub.
Tədbirdə "İpək yolu" ("Silk road Dance Company") rəqs qrupu, Novruz bayramını qeyd edən dövlətlərin icmalarının nümayəndələrinin folklor qrupları çıxış edib.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















