Novruz UNESCO-nun mədəni irs siyahısına salına bilər

Novruz bayramının UNESCO-nun mədəni irs siyahısına salınması təklif olunur.
Oxu.Az xəbər verir ki, bu barədə Qırğızıstanın Xarici İşlər Nazirliyinin informasiya, mətbuat və mədəniyyət idarəsi məlumat yayıb.
Martın 16-da Qırğızıstan Respublikasının İran İslam Respublikasındakı səfiri Asanbek Osmonaliyev İranın Mədəni irs, xalq yaradıcılığı və turizm təşkilatının ofisində Qırğızıstan Respublikasının adından Novruz bayramnının UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınması ilə bağlı çoxmilli nominasiya imzalayıb.
"Sənədi İran tərəfindən ölkənin Mədəni irs məsələləri üzrə təşkilatının rəhbəri Məhəmməd Həsən Talibian və digər rəsmi şəxslər imzalayıb. Nominasiya Novruzu milli bayram hesab edən ölkələr – Əfqanıstan, Azərbaycan, Hindistan, İraq, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistan tərəfindən təqdim olunur”, - Qırğızıstanın XİN-in məlumatında deyilir.
Osmonaliyev qeyd edib ki, bu cür çoxmilli nominasiyanın irəli sürülməsi xalqlar arasında dost və mədəni əlaqələrin möhkəmlənməsinə töhvə verir və ölkələrin ümumi tarixini göstərir.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















