Akademik Milli Dram Teatrında yeni tamaşanın premyerası

Akademik Milli Dram Teatrında "Mənim günahım” tamaşasının premyerası keçirilib.
APA-nın məlumatına görə, xalq yazıçısı İlyas Əfəndiyevin eyniadlı pyesi əsasında hazırlanan "Mənim günahım” tamaşasının quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, işıq üzrə rəssamı Rafael Həsənovdur.
Tamaşada baş rolu – Nurcahan xanım rolunu Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Məleykə Əsədova ifa edib. Digər rollarda xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov (Tahir), əməkdar artistlər Elşən Rüstəmov (Sahib), Əjdər Həmidov (Almurad), Hicran Nəsirova (Gözəl), Əsgər Məmmədoğlu (Ceyranzadə), aktyorlar Günel İmanova (Ayqız), Nigar Məmmədova (Ayqız), Elnar Qarayev (Xansu), Rüstəm Rüstəmov (Səxavət), Dilarə Nəzərova (Gözəl), Ləman İmanova (Natəvan), Cümşüd Zeynalov (Ceyranzadə) ifa ediblər.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















