MTV kino mükafatı təqdim edildi

Ötən gecə Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində mötəbər kino mükafatlarından birinin təqdimetmə mərasimi baş tutub.
MTV telekanalının təsis etdiyi "MTV Movie Awards" mükafatının 2015-ci il üçün qaliblərinə mükafatlar təqdim edilib. MTV kino mükafatının 24-cü təqdimetmə mərasiminin aparıcısı aktrisa Emi Şumer olub.
Gecədə 14 kateqoriya üzrə seçilənlərin adları məlum olub. Mükafatın əsas nominasiyası olan "ilin filmi" nominasiyasında "Günahkar ulduzlardır" melodraması qalib gəlib.
"Ən yaxşı aktrisa" mükafatını elə həmin filmdə rol alan Şeylin Vudli qazanıb.
"Ən yaxşı aktyor" nominasiyasında isə "Snayper" filmindəki roluna görə Bredli Kuper fərqlənib.
"Ən yaxşı mənfi obraz" kateqoriyasında mükafatı aktrisa Meril Strip, "ən güclü qorxu hissi" nominasiyasında mükafatı isə aktrisa Cenifer Lopes aparıb.
Aktyor Çenninq Tatum isə «ən yaxşı komik rol» nominasiyasında fərqlənib.
1981-ci ildən bəri yayımlanan MTV telekanalı, musiqi mükafatında olduğu kimi, kino mükafatında da ən yaxşıları internetdə səsvermə yolu ilə seçir.//ANS
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















