Bakıda Qabriel Qarsiya Markesin anım mərasimi

Kolumbiyanın Azərbaycandakı səfirliyi aprelin 16-da tanınmış kolumbiyalı yazıçı Qabriel Qarsiya Markesin anım mərasimini keçirəcək.
Bu barədə "Report”a səfirlikdən məlumat verilib.
Bakı Müasir İncəsənət Muzeyində keçiriləcək tədbirdə Azərbaycan hökümətinin, ölkədə akkreditə olunan diplomatik korpusunun, yerli Latın Amerikalı icmasının nümayəndələri, alimlər, rəssamlar, yazıçılar və KİV nümayəndələri iştirak edəcək.
Tədbirə kolumbiyalı yazıçı Oktavio Eskobar da qatılaraq ədəbiyyat üzrə Nobel mükafatının kolumbiyalı laureatının həyat və yaradıcılığı, həmçinin də müasir Kolumbiya ədəbiyyatı haqqında tədbir iştirakçılarına danışacaq. Tədbirdə kolumbiyalı fotoqraf Nereonun çəkdiyi Qabriel Qarsiya Markesin fotoşəkillərinin sərgisi nümayiş olunacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















