Qadağan olunmuş film Bakıda nümayiş olunacaq

"Addım Gənclər Təşkilatı" Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondu və Fransa səfirliyinin dəstəyi ilə "EkoLogika" layihəsini gerçəkləşdirir.
ANS PRESS-in məlumatına görə, 22 aprel "Dünya Yer Günü"ndə Bakıda layihə çərçivəsində yekun tədbir və təlimlər baş tutacaq. Təlimlərdə dövlət rəsmilərinin, şirkət nümayəndələrinin, səfirlik əməkdaşlarının, QHT nümayəndələrinin və gənclərin iştirak edəcəyi bağlanış mərasimi olacaq.
Tədbirdə layihənin promo videosu və məşhur fransız rejisoru Yann Artus Bertrandın "Home" ( Ev) filmi nümayiş olunacaq. Bu film dünyanın 36 ölkəsində qadağan olunsa da, Azərbaycanda rəsmi icazə ilə nümayiş olunur.
"EkoLogika" layihəsi çərçivəsində ilk olaraq 18 apreldə Lənkəran şəhərində "Gənclərin Ekoloji problemlərin həlli istiqamətində maarifləndirilməsi və onların bu prosesdə təşəbbüslərinin artırılması” mövzusunda interaktiv təlim həyata keçirilib. Təlim Lənkəran şəhərində yerləşən Gənclər mərkəzində həyata keçirildi. Saat 13:00 da başlanan təlimdə 30 gənc iştirak edib. Təlimçi Tofiq Sadıxov mövzu ilə ətraflı məlumat verib, gənclərlə maraqlı müzakirələr apardı. Eyni zamanda layihənin promo videosu nümayiş olundu.
"Gənclərin Ekoloji problemlərin həlli istiqamətində maarifləndirilməsi və onların bu prosesdə təşəbbüslərinin artırılması” mövzusunda interaktiv təlimdə iştirak etmək istəyən gənclər ADDIM gənclər təşkilatının facebook səhifəsinə və ya [email protected] elektron ünvanına yaza bilərlər.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















