• $
  • €
  • ₽
  • ₺
  • £

Nizami Kino Mərkəzi yeni filmlərin nümayişi

Nizami Kino Mərkəzi yeni filmlərin nümayişi
23.04.2015 15:55
Aprelin 23-dən Nizami Kino Mərkəzində Türkiyənin "Aşq olsun” və ABŞ, Kolumbiya və İspaniyanın birgə istehsalı olan "Qaranlıqdan” filmlərinin nümayişi başlayıb. 

"Report" xəbər verir ki, bu barədə məlumatı Nizami Kino Mərkəzi yayıb.

Rejissorlar Murat Serezli və Neslihan Yıldız Alaklının, Eşref Dinçerin ssenarisi əsasında çəkdikləri "Aşk olsun” romantik komediya filmi qadınlara "eşq doktorluğu” edən Ozanın həyat hekayəsindən bəhs edir. Onun yeni müştərisi Ceyda, sevgilisi Canerle yenidən birləşmək üçün Ozandan yardım istəyir. Cener isə eşq acısını unutmaq üçün başqa qadınla yeni münasibətlər qurmağa çalışır. Hadisələrin cərəyan etdiyi vaxtda Ozan Pınarla qarşılaşır və ona aşiq olur. İşlərini də unutmayan Ozan, köhnə sevgililəri barışdırmaq üçün plan qurur. Onun planını başa düşən Pınar, başlamaqda olan münasibətlərinə son qoyur. Görəsən, bu iki cütlüyün macərası xoşbəxt sonluqla bitəcəkmi?
Filmdəki obrazları İlker Aksum, Sedef Avcı, Kenan Ece, Selen Seyven və digər aktyorlar canlandırıblar. 

İkinci film ABŞ, Kolumbiya və İspaniyanın birgə istehsalı olan "Qaranlıqdan” adlı ekran əsəridir.

Xavyer Qulon və Pastor qardaşlarının ssenarisi əsasında rejissor Yuis Kilesin çəkdiyi bu film triller və dəhşət janrındadır. Yaşı 18-dən az olanlar filmə baxmağa buraxılmır. 
Ailə biznesi ilə məşğul olmaq ücün qızları ilə birgə Kolumbiyaya köçən cütlük, bir müddətdən sonra yeni evlərinin ruhlarla dolu olduğunu öyrənirlər.

Filmdə rolları aktyorlar Frenk Kuervo, Piksi Deyvis, Alexandro Fert, Stiven Ri, Skott Spidman, Culiya Staylz, Vanesa Tamayo, Gilermo Morales Vitola və başqaları ifa edir.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Mədəniyyət 12:37
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Aktyor Aslan Fətullayev vəfat edib
Mədəniyyət 16:00
Aktyor Aslan Fətullayev vəfat edib
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mədəniyyət 10:23
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol