Gəncə teatrında yeni tamaşa

Gəncə Dövlət Dram Teatrında türk dramaturqu Turqay Narın "Şəhrizadın oyunu" əsəri əsasında hazırlanan tamaşanın premyerası olub.
Bu barədə "Report"a Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov məlumat verib.
Əsər "Min bir gecə nağılları"nın motivləri əsasında yazılıb. Tamaşanın quruluşçu rejissoru Elşad Əhmədovdur. Əsəri türk dilindən çevirən Mehman Musabəylidir.
Tamaşada əsas rolları Kamil Məmmədov, Kəmalə Məmmədova, əməkdar artist Novruz Cəfərov və başqaları ifa edir.
Qeyd edək ki, Gəncə teatrının baş rejissoru İradə Gözəlova Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" əsəri əsasında tamaşa hazırlayır. Səhnə əsərinin son məşqləri gedir. Tamaşa mayın sonunda təqdim ediləcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















