Ramiz Əzizbəyli səhhəti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib

Azərbaycanın xalq artisti, aktyor və rejissor Ramiz Əzizbəylinin səhhəti normaldır.
Xalq artisti "Report"a açıqlamasında deyib ki, özünü yaxşı hiss edir və müalicəsini davam etdirir: "Şükür Allaha yaxşıyam. Bu gün xəbər yayılıb ki, vəziyyətim ağırdır. Amma əvvəlki vaxtlarla müqayisədə indi babatam. Evdə müalicə olunuram. Mənim xəstəliyim elədir ki, uzunmüddətli müalicə almalıyam. Ona görə də, hərdən yaxşı oluram, hərdən pis. Hamı bilsin ki, hazırda yaxşıyam. İnsanlar mənə görə narahat olurlar".
R.Əzizbəyli onu axtaran, durumu ilə maraqlanan hər kəsə minnətdarlığını bildirib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















