Alimlərimiz Kiprdə

Azərbaycan Tibb Universitetinin (ATU) Mikrobiologiya və İmmunologiya kafedrasının əməkdaşları Kiprdə keçirilən 30-cu "Antibiotiklər və Kimyəvi reapiya Konqresi”ndə (30-cu ANKEM) iştirak ediblər.
ANS PRESS-in məlumatına görə, dosent Ramin Bayramlı və t.ü.f.d., assistent Yavər Hacıyevin qatıldığı toplantı çərçivəsində antibiotiklərin rasional istifadəsinə dair müasir elmi məruzələr dinlənilib, CLSI (Clinical and Laboratory Standards Institute) və EUCAST (European Committee on Antimicrobial Susceptibility Testing) tərəfindən tərtib edilmiş son protokollar müzakirə edilib. Toplantıda yeni antimikrob preparatlar, o cümlədən C Hepatitinin müalicəsində əldə edilən nailiyyətlərdən söhbət açılıb. Konqresə qatılan alimlər 2020-2025-ci illərdə inkişaf etmiş ölkələrdə Hepatit C-nin nadir rast gəlinən xəstəliklərdən olacağını bildiriblər. Çünki artıq yeni preparatlar vasitəsilə bu xəstəliyin tam müalicəsi mümkündür.
Otuzuncu ANKEM Konqresinin Elmi Məsləhət Komitəsinin üzvü olan dosent Ramin Bayramlı Türkiyə İnfeksion xəstəliklər və Klinik Mikrobiologiya Uzmanlıq Dərnəyinin sədri (EKMUD) prof.dr. İftihar Köksal ilə birlikdə 30-cu ANKEM konqresinin "Müasir dövrün təhlükəli infeksiyaları" bölməsinə sədrlik edib. Bu toplantıda Ebola, MERS coV kimi son dövrün təhlükəli infeksiyaları, bölgədə son zamanlar baş verən müharibələr nəticəsində milyonlarla insanın qaçqın vəziyyətinə düşməsi ilə əlaqədar alovlanan infeksiyalar müzakirə edilib.
R.Bayramlı erməni təcavüzü nəticəsində Azərbaycanın 1 milyondan çox qaçqınının olduğunu və Azərbaycan dövlətinin vətəndaşlarını infeksiyalardan qorumaq üçün həyata keçirdiyi tədbirləri, həmçinin Suriyadan köçürülən ermənilərin nəzarətsiz zona olan və narkotiklərin qanunsuz dövriyəsi geniş yayılan Qarabağa yerləşdirilməsi ilə burada artan infeksiya təhdidini toplantıya qatılanların diqqətinə çatdırıb.
ANKEM konqresində ATU əməkdaşları elmi işlərinə dair şifahi və poster məruzələri ilə çıxış ediblər.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















