Moskvada Azərbaycan rejissorunun filmi göstəriləcək

Bu gün Moskvanın Mərkəzi Kinematoqrafçılar Evində tanınmış Azərbaycan kinorejissoru, Azərbaycanın Xalq Artisti Oqtay Mirqasımovun "Qisas almadan ölmə. Keçmişdən məktublar” adlı yeni filmi göstəriləcək.
ANS PRESS-in məlumatına görə, bu film ilə Rusiya Kinematoqrafçılar İttifaqının Beynəlxalq şöbəsi tamaşaçıları keçmiş Sovet İttifaqı respublikaları kinematoqrafçılarının yeni işləri ilə tanış edən "Dostların kinosu” silsilə filmlərinin nümayişi başa çatdırılacaq.
Filmi rejissor Oqtay Mirqasımov, Rusiya Kinematoqrafçılar İttifaqının Beynəlxalq şöbəsinin rəisi Yuri Kolosov və çəkiliş qrupunun üzvləri təqdim edəcəklər.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















