Kann Festivalında qadınlara qadağa

Fransada davam edən Kann Festivalında hündürdaban ayaqqabı geyinməyən qadınları "Carol" filminin premyerasına buraxmayıblar.
Aktrisa Emily Blunt bu haqda xəbərdən çox məyus olduğunu bildirib. Hələ də qadın-kişi bərabərsizliyinin mövcud olduğunu söyləyib.
Maraqlıdır ki, Cannes festivalı bu il gender bərabərliyini öz devizi edib. Festival məxsusi olaraq qadın rejissorun filmi ilə açılıb.
"Karol” filminin özü isə lesbiyanlardan bəhs edir, univermaqda satıcı işləyən gənc qızın özündən yaşca böyük qadına aşiq olması haqdadır.
Rolları Cate Blanchett və Rooney Mara ifa ediblər. (rej: Todd Haynes)
Cannes-ın sözçüsü Christine Aime deyib ki, festival əməkdaşları tamaşaçıları premyeraya buraxmamaqla yanlış hərəkət ediblər.
Amma o xatırladıb ki, festivalın öz geyim qaydaları var:
Kişilər qara ayaqqabı, qadınlar isə dabanlı ayaqqabı geyinməlidirlər. Dabanın nə qədər hündür olması ilə bağlı qayda isə mövcud deyil. Festival əməkdaşları bu qaydalara əməl etməyənlərə irad tuta bilərlər. /Azadliq.org
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















