"Teatr və konsert müəssisələri vətəndaşlıq mövqeyi göstərməlidir"

"Mayın 19-da Bakının Binəqədi rayonunda yaşayış binasında baş verən yanğında həlak olan və yaralanan insanların xatrəsi hər birimiz üçün əzizdir. Mədəniyyət və Turizm Nazirliyi ölkədə fəaliyyət göstərən teatr və konsert müəssisələrinə mayın 20-da nümayiş etdiriləcək konsert və tamaşaların təxirə salınması ilə bağlı rəsmi olaraq heç bir göstəriş verməyib".
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov "Report"a açıqlamasında belə deyib.
O qeyd edib ki, hər bir teatrın aylıq repertuar planı və cədvəli var: "Teatr və konsert kompleksləri cədvəl üzrə işlədiklərinə görə, bu gün hər hansı tamaşanı ləğv etmək və ya təxirə salmaq barədə Mədəniyyət və Turizm Nazirliyi göstəriş verməyib. Bu qərarı vermək hər bir mədəniyyət müəssisəsinin vətəndaşlıq borcudur".
Xatırladaq ki, mayın 19-da Bakının Binəqədi rayonunun "Azadlıq" prospektindəki 16 mərtəbəli binanın yanması nəticəsində 15 nəfər dünyasını dəyişib, 50 nəfər xəsarət alıb.
www.ann.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 